ABŞ Konqresinin rəsmi protokoluna əsasən, iyulun 28-də Dövlət Departamenti müvafiq sənədi Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycana ABŞ yardımının göstərilməsinə məhdudiyyətlər qoyur. 2001-ci ildə Konqres ABŞ prezidentinə bu düzəlişin qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Həmin vaxtdan etibarən ABŞ prezidentləri hər il 907-ci düzəlişin tətbiqinin dayandırılması qərarını uzadır və bu barədə Konqresi məlumatlandırırlar.