- В Баку обрушился потолок магазина, под завалами оказался один человек.
- Инцидент произошел в поселке Ховсан Сураханского района.
- Спасатели МЧС извлекли пострадавшую 1989 года рождения Мириеву Гюльнар Мухаммед кызы.
- Пострадавшая получила телесные повреждения различной степени тяжести и передана бригаде скорой помощи.
- Ведется расследование.
Bakıda mağazanın tavanı uçub, bir nəfər dağıntı altında qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Miriyeva Gülnar Məhəmməd qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər".
"Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.
Комментарии
Загрузка…
Оставить комментарий