Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Memorandum federal hüquq-mühafizə orqanlarının transmilli kibercinayətkarlıqla mübarizə imkanlarını genişləndirib. Bundan sonra onlar ABŞ vətəndaşlarına, şirkətlərinə və infrastrukturuna hücum edən xarici cinayətkar qruplara qarşı kiberalətlərdən rəsmi şəkildə istifadə edə biləcəklər.
Yeni tədbir ilk növbədə şantajçı proqramların operatorlarına, internet fırıldaqçılığı şəbəkələrinə, fişinq kampaniyalarının təşkilatçılarına, şəxsi məlumatların oğurlanması və rəqəmsal hədə-qorxu ilə bağlı sxemlərə qarşı yönəlib. ABŞ hakimiyyəti belə cinayətləri yalnız araşdırmaq deyil, həm də cinayətkarların istifadə etdiyi infrastrukturun, kommunikasiya və maliyyə mexanizmlərinin fəaliyyətini pozmaq niyyətindədir.
Комментарии
Загрузка…
Оставить комментарий