- 5 человек привлечены к ответственности за пожары в Агсу, Джалилабаде, Сабирабаде и Саатлы.
- Пожары произошли в селах Арабмехдибейли, Алар, Нариманкенд и Гараджалар.
- В результате пожаров сгорело около 2 гектаров скошенных полей и кустарников.
- Виновными признаны местные жители: Г.Мамедов, Ф.Фараджов, М.Азизов, С.Шахелиев и Р.Меджинов.
Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən Day.Az -a bildirilib ki, ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Комментарии
Загрузка…
Оставить комментарий