K. Kallas sanksiyaların tətbiq olunduğu şəxslərin adlarını açıqlamayıb.

Aİ Şurasının yaydığı məlumatda bildirilib ki, sanksiya siyahısına "Serpuxov Metallist Zavodu" ASC-nin baş direktoru Ramil Batqutdinov və "Krasnoyarsk Maşınqayırma Zavodu" ASC-nin baş direktoru Aleksandr Dyukarev də daxildir.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı sayca 21-ci sanksiyalar paketini iyulun 23-də təsdiqləyib. Paketə 170 hüquqi şəxs və 48 fiziki şəxs daxil edilib.

Məhdudiyyətlər Rusiya banklarını, energetika və müdafiə sənayesi müəssisələrini, eləcə də Aİ-nin iddiasına görə Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrin şirkətlərini əhatə edib.