- Minister of Digital Development and Transport Rashad Nabiyev received citizens in Aghali village of Zangilan district on August 6.
- The reception was held for residents of Zangilan, Jabrayil, and Gubadli districts.
- Before the meeting, the minister visited the bust of national leader Heydar Aliyev and laid flowers.
- During the reception, appeals related to transport, telecommunications, internet, TV/radio broadcasting, and postal services were considered.
- Instructions were given to relevant department heads to promptly investigate appeals in accordance with legislation.
Day.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstəsi qoyub:
"Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb".
Məlumatda bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Комментарии
Загрузка…
Оставить комментарий