- В Азербайджане подготовлен законопроект о внесении изменений в Кодекс об административных правонарушениях, законы 'Об информации, информатизации и защите информации' и 'О защите детей от вредной информации'.
- Законопроект направлен на усиление безопасности детей в социальных сетях и защиту от негативного влияния в цифровой среде.
- Устанавливается минимальный возраст для создания личных цифровых аккаунтов в социальных сетях - 16 лет.
- Для лиц 16-18 лет создание аккаунта, его использование и публикация контента возможны только с согласия и под контролем законных представителей.
- Платформы обязаны применять технические методы контроля возраста, включая проверку банковских карт, электронной почты и мобильных номеров.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, qanun layihəsi
"Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Layihə hazırlanan zaman qabaqcıl beynəlxalq təcrübə, xüsusilə rəqəmsal təhlükəsizlik sahəsində mütərəqqi mexanizmlərə malik dövlətlərin qanunvericilik modelləri təhlil olunub. Bu çərçivədə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 16-18 yaş arası şəxslərin uşaq kateqoriyasına aid edilməsi nəzərə alınaraq layihədə həmin yaş qrupunun da rəqəmsal mühitdə əlavə mühafizəsi nəzərdə tutulur. Bu məqsədlə 16-18 yaş arası şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq.
Platforma provayderlərinin üzərinə yaş məhdudiyyətinə nəzarət üzrə effektiv texniki üsulların tətbiqi öhdəliyi qoyulur. İstifadəçinin yaşının dəqiqləşdirilməsi, həmçinin 16-18 yaş arası yeniyetmələrin qanuni nümayəndələrinin razılığının alınması üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatların yoxlanılması kimi ilkin mexanizmlər tətbiq olunacaq. Bununla yanaşı, fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə dair aidiyyəti dövlət qurumlarının birgə razılığı əsasında digər texniki üsullardan da istifadə oluna bilər.
Uşaqların psixi və fiziki sağlamlığının qorunması məqsədilə əlavə texniki və təhlükəsizlik tədbirləri də müəyyən edilir. Belə ki, 16-18 yaş arası istifadəçilərin hesablarında ilkin konfidensiallıq tənzimləmələri ən yüksək səviyyədə qurulmalı, məkan məlumatlarının ictimaiyyətə açıqlanması məhdudlaşdırılmalı və istifadəçinin seçiminə uyğun gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilməlidir.
Yeni tələblər bütün sosial şəbəkə platformalarına şamil olunmur. Təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulmasını təmin edən platformalar istisnadır.
Комментарии
Загрузка…
Оставить комментарий