- В Лондоне начались испытания новой технологии для борьбы с магазинными кражами.
- Система тестируется в шести районах Лондона.
- Розничные компании могут отправлять записи с камер, показания свидетелей и другие доказательства напрямую в полицию.
- Раньше получение записей с камер могло занимать до 28 дней, теперь доступ возможен за несколько минут.
- Технологию уже используют крупные сети: Tesco, Boots, Marks & Spencer и Greggs.
AZƏRTAC "The Independent"ə istinadla xəbər verir ki, hazırda Londonun altı rayonunda sınaqdan keçirilən sistem sayəsində pərakəndə satış şirkətləri təhlükəsizlik kameralarının görüntülərini, şahid ifadələrini və digər sübutları birbaşa polisə göndərə bilir.
Yeni proqram istintaq prosesini əhəmiyyətli dərəcədə sürətləndirib. Əvvəllər polis əməkdaşlarının CCTV görüntülərini əldə etməsi üçün bəzən 28 gün və ya daha çox vaxt tələb olunurdusa, indi həmin materiallara bir neçə dəqiqə ərzində çıxış mümkün olur.
Texnologiyadan artıq "Tesco", "Boots", "Marks & Spencer" və "Greggs" kimi iri pərakəndə satış şəbəkələri istifadə edir. Şirkətlərdən bildirilib ki, son illərdə mağaza oğurluqlarının artması biznes üçün ciddi problemə çevrilib.
Комментарии
Загрузка…
Оставить комментарий