- VII летний лагерь диаспорской молодежи начал работу в Восточном Зангезуре.
- Организаторы: Государственный комитет по работе с диаспорой и Фонд Гейдара Алиева.
- В лагере участвуют более 120 молодых людей из 64 стран мира.
- Лагерь проходит под девизом «Возрождающиеся города» в связи с объявлением 2026 года «Годом градостроительства и архитектуры».
- Программа включает знакомство с историко-культурным наследием Карабаха и Восточного Зангезура, встречи с официальными лицами и экспертами.
2026-cı il avqustun 2-dən 8-dək keçiriləcək düşərgə Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi ilə əlaqədar "Dirçələn Şəhərlər" şüarı altında təşkil olunur.
Tədbirdə dünyanın 64 ölkəsindən 120-dən çox diaspor gənci iştirak edir.
Açılış mərasimində Prezident İlham Əliyevin Zəngilana tarixi səfəri və Zəngilan şəhərində Azərbaycan bayrağını ucaltmasına həsr olunmuş videoçarxların nümayişi nəzərdə tutulub.
Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun çıxışı planlaşdırılır.
Tədbir çərçivəsində indiyədək keçirilmiş yay düşərgələrinə və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş videoçarxlar da təqdim ediləcək.
Düşərgənin proqramına Şərqi Zəngəzurun, eləcə də Qarabağın tarixi və mədəni irsi ilə tanışlıq, şəhid ailələrinin üzvləri, qəhrəman qazilər, dövlət rəsmiləri və müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxildir.
İştirakçılar panel müzakirələrində və seminarlarda iştirak edəcək, işğaldan azad olunmuş rayonlara səfərlər edəcək, həmçinin dil dərslərinə, intellektual oyunlara və müxtəlif təlimlərə qatılacaqlar.
Qeyd edək ki, Diaspor Gənclərinin ilk Yay Düşərgəsi 2018-ci ildə Şəki şəhərində keçirilib. İndiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndidə təşkil olunan düşərgələrdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib.
Комментарии
Загрузка…
Оставить комментарий