- Представлен рецепт плова с ягненком и помидорами из кухни города Губадлы.
- Ингредиенты: 4 куска ягненка, 4 помидора, 3 стакана риса, сливочное масло, соль, перец, шафран.
- Рис замачивается в соленой воде, затем варится и процеживается.
- Шафран заваривается кипятком и настаивается.
- Мясо приправляется солью и перцем, помидоры очищаются и превращаются в пюре, которым обмазывается мясо.
Qubadlı mətbəxinin quzu maçalı, pomidorlu plovun reseptini təqdim edir.
Quzu maçalı pomidorlu plovun tərkibi:
4 ədəd quzu maça 4 ədəd pomidor 3 stəkan düyü kərə yağı zövqə görə duz, istiot, zəfəran
İlk olaraq 3 stəkan düyünü duzlu suda isladın. Qazana su doldurun və duz əlavə edib qaynadın. İsladılmış düyünü yaxşıca yuyub süzün. Yuyulmuş düyünü qaynayan duzlu suda bişirib süzün.
Kiçik bir kasada və ya stəkanda zəfəranın üzərinə qaynar su töküb örtün. Zəfəranı dəmlənməsi üçün kənara qoyun.
Quzu maçalarını yuyun və süzün. Ətin üzərinə duz və istiot səpib hər tərəfinə yayın. 4 ədəd pomidorun qabığını soyun. Pomidor qabığının ən asan soyulma qaydasını bu məqalədən oxuyun. Qabığı soyulmuş pomidorları ətçəkən maşından və ya mətbəx robotundan keçirin. Təmiz tənzif və ya mətbəx dəsmalının arasında töküb pomidorun suyunu sıxın. Suyu sıxılmış pomidor püresini maçaların üzərinə yaxın. Plovu bişirəcəyiniz qazanın dibinə pomidorlu maçaları düzün. Üzərindən bişmiş düyünü və dəmlənmiş zəfəranı səpin. Doğranmış kərə yağını da düyünün üzərinə yerləşdirib vam odda 2 saatlıq dəmə qoyun.
Комментарии
Загрузка…
Оставить комментарий