- Mercedes-Benz отзывает 310 667 автомобилей в США из-за неисправности датчика открытия двери.
- Неисправность может препятствовать автоматической активации электронного стояночного тормоза и функции автоматической парковки.
- Отзыв охватывает модели A-Class, C-Class, CLA, CLE, GLA, GLB и GLC, произведенные в 2019-2024 годах.
- Причина проблемы - коррозия микроконтакта в замке двери водителя, из-за чего система не может правильно определить, открыта ли дверь.
- Дилеры бесплатно заменят неисправные замки дверей; расходы полностью покрывает Mercedes-Benz.
"Mercedes-Benz" ABŞ-də 310 667 avtomobili geri çağırdığını açıqlayıb.
Milli.Az xəbər verir ki,buna səbəb qapının açılması sensorunda aşkar edilən nasazlıqdır.
ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən yayılan məlumata görə, nasazlıq elektron dayanacaq tormozunun və "Avtomatik parklama" funksiyasının avtomatik aktivləşməsinə mane ola bilər. Bu isə bəzi hallarda avtomobilin öz-özünə hərəkət etməsi riskini yaradır.
Geri çağırılma 2019-2024-cü illərdə istehsal edilmiş A-Class, C-Class, CLA, CLE, GLA, GLB və GLC modellərini əhatə edir.
Şirkətin məlumatına əsasən, problem sürücü qapısının kilidindəki mikrokeçiricinin korroziyaya məruz qalması nəticəsində yaranır. Bu səbəbdən sistem qapının açıq olub-olmadığını düzgün müəyyən edə bilmir.
Geri çağırma kampaniyası çərçivəsində rəsmi dilerlər nasaz qapı kilidlərini ödənişsiz əvəz edəcəklər. Təmir xərcləri tam şəkildə "Mercedes-Benz" tərəfindən qarşılanacaq.
Avtomobil sahiblərinə geri çağırılma ilə bağlı bildirişlərin sentyabrın 18-dən etibarən göndərilməsi nəzərdə tutulur.
Комментарии
Загрузка…
Оставить комментарий