- Наклон головы вперед на 2,5 см увеличивает нагрузку на шейные позвонки примерно на 4,5 кг.
- Рекомендуется вставать каждые 45 минут для короткой прогулки и легкой растяжки.
- При подъеме тяжестей следует сгибать колени и тазобедренные суставы, а не спину.
- Укрепление мышц живота, спины и тазового дна повышает стабильность позвоночника.
- Рекомендуется спать на спине или боку на ортопедическом матрасе средней жесткости.
O bildirib ki, başın hər 2,5 santimetr irəli əyilməsi boyun fəqərələrinə düşən yükü təxminən 4,5 kiloqram artırır. Bu isə zamanla boyun yırtığı və əzələ spazmlarının yaranma riskini yüksəldir.
Professor qeyd edib ki, uzun müddət fasiləsiz oturmaq fəqərələr arasındakı disklərin qidalanmasını zəiflədir. Buna görə də hər 45 dəqiqədən bir ayağa qalxmaq, qısa gəzinti etmək və yüngül dartınma hərəkətləri etmək tövsiyə olunur.
Mütəxəssis yerdən ağır əşya qaldırarkən beldən əyilməyin təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, diz və omba oynaqlarını bükərək çömbəlmək onurğaya düşən yükü azaldır.
Akgül bildirib ki, qarın, bel və çanaq dibi əzələlərinin gücləndirilməsi onurğanın sabitliyini artırır. Bu məqsədlə pilates, üzgüçülük və xüsusi məşqlər faydalıdır.
O, həmçinin keyfiyyətli yuxunun onurğanın bərpasında mühüm rol oynadığını qeyd edib. Mütəxəssis orta sərtlikdə ortopedik döşək və uyğun yastıqdan istifadə etməyi, üzüstə yatmaq əvəzinə arxası və ya yan üstə yatmağı tövsiyə edib.
Professor Turgut Akgül əlavə edib ki, sağlam çəkinin qorunması, siqaretdən uzaq durmaq, həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman etmək onurğa sağlamlığının qorunması üçün vacibdir.
Комментарии
Загрузка…
Оставить комментарий