- Завтра на пляжах Азербайджана ожидается до 30 градусов тепла.
- Температура воды на северных пляжах (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгях, Загульба) составит 28-29 градусов.
- Температура воды на южных пляжах (Тюркан, Говсан, Сахиль, Ших) составит 29-30 градусов.
- В Баку и на Абшеронском полуострове завтра ожидается солнечная погода, ветер юго-восточный.
- Температура воздуха ночью 23-26°, днем 35-39°, местами до 40°.
Sabah çimərliklərdə 30 dərəcəyə qədər isti olacaq.
Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah cənub-şərq küləyi əsəcək.
Çimərliklərdə dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75%, gündüz 40-50% olacaq.
Qeyd edək ki, növbəti günlərdə Bakıda və Abşeron yarımadasında şiddətli istilərlə bağlı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Комментарии
Загрузка…
Оставить комментарий