- Во Франции и Испании из-за лесных пожаров эвакуировано более 130 тысяч человек
- Во Франции эвакуировано около 110 тысяч человек, в основном туристов, с полуострова Кап-Ферре
- В Испании два крупных пожара объединились, эвакуировано более 19 тысяч человек, уничтожено не менее 43 домов
- Во Франции пожар движется в сторону Бордо, сгорело более 14 тысяч гектаров леса
- К тушению пожаров привлечены армия и авиация
Day.Az xəbər verir ki, alovların yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən ümumilikdə 130 mindən çox insanın təxliyəsinə qərar verilib.
Fransanın cənub-qərbində vəziyyət xüsusilə kritikdir. Atlantik okeanı sahilində yerləşən məşhur Kap Ferre yarımadasının tam boşaldılması barədə göstəriş verilib. Əsasən turistlərdən ibarət təxminən 110 min nəfər avtomobillər və qayıqlar vasitəsilə təhlükəsiz ərazilərə köçürülür.
Yanğınların söndürülməsi üçün ordu da əməliyyatlara cəlb olunub. Rəsmilər bildirirlər ki, alov "konvektiv yanğın" xarakteri daşıyır və küləyin təsiri ilə qəfil istiqamət dəyişərək sürətlə yayılır. Hazırda yanğının Bordo istiqamətində irəlilədiyi qeyd edilir. Bu mövsüm Fransada artıq 14 mindən çox hektar meşə sahəsi yanıb.
İspaniyada isə Madridin qərbində yerləşən dağlıq ərazilərdə iki böyük meşə yanğını birləşərək daha geniş əraziyə yayılıb. İki mindən çox yanğınsöndürən və 10 xüsusi təyyarənin müdaxiləsinə baxmayaraq, alovu nəzarət altına almaq mümkün olmayıb.
Təhlükə ilə əlaqədar bölgədə yaşayan 19 mindən çox sakinin təxliyəsinə göstəriş verilib. Yanğın nəticəsində ən azı 43 ev tamamilə külə dönüb.
Комментарии
Загрузка…
Оставить комментарий