Day.Az xəbər verir ki, ortopedlərin sözlərinə görə, yastıpəncəlik zamanı bədənin biomexanikası dəyişir, nəticədə dizlərə, çanaq nahiyəsinə və onurğaya düşən yük artır.
Bu dəyişikliklər zamanla gicgah-çənə oynağının fəaliyyətinə də təsir göstərərək dişləmə problemlərinin yaranmasına və ya mövcud vəziyyətin ağırlaşmasına səbəb ola bilər.
Həkimlər qeyd edirlər ki, insan orqanizmi vahid sistem kimi fəaliyyət göstərir və bir nahiyədəki pozuntu digər hissələrdə də özünü göstərə bilər. Qamətdə yaranan dəyişikliklər çeynəmə zamanı narahatlıq, ağzın açılıb-bağlanmasında çətinlik və alt çənənin düzgün yerləşməməsi kimi əlamətlərlə müşayiət oluna bilər. Buna görə də dişləmə qüsurlarının müalicəsində yalnız ortodontik yanaşma deyil, dayaq-hərəkət aparatının ümumi vəziyyətinin də qiymətləndirilməsi vacib sayılır.
Mütəxəssislər profilaktika məqsədilə rahat və düzgün ayaqqabı seçməyi, normal bədən çəkisini qorumağı, ayaq və baldır əzələlərini gücləndirən məşqlər etməyi tövsiyə edirlər. Uzun müddət hündür dabanlı və ya tam düz altlıqlı ayaqqabı geyinməkdən çəkinmək, həmçinin ayaqlarda tez yorulma, diz və bel ağrıları kimi əlamətlər yaranarsa vaxtında həkim müayinəsinə müraciət etmək gələcəkdə daha ciddi problemlərin qarşısını almağa kömək edə bilər.
Комментарии
Загрузка…
Оставить комментарий