- Поиски трех человек, предположительно утонувших в море, продолжаются.
- Зейнаб Мамедзаде (2007 г.р.) пропала 6 июля в поселке Шувелян.
- Эльгун Гараев (2004 г.р.) пропал 15 июля в поселке Мардакян.
- Рахман Амиров (2003 г.р.) пропал 16 июля в поселке Бильгях.
- Поиски ведутся силами МЧС Азербайджана.
Day.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, iyulun 6-sı paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin, iyulun 15-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin və iyulun 16-sı paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovun axtarışları davam etdirilir.
Hazırda axtarışlar FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Комментарии
Загрузка…
Оставить комментарий