- Dubai Mall has updated its dress code for visitors for the summer season.
- The mall recommends more modest and neat clothing in public areas out of respect for local traditions.
- Beachwear and overly revealing clothes are considered inappropriate in malls, traditional neighborhoods, places of worship, and government buildings.
- Beachwear should only be used on beaches and hotel pool areas.
- The move aims to preserve a family-friendly environment and create a comfortable atmosphere for both tourists and locals.
Day.Az axşam.az-a istinadən bildirir ki, ticarət mərkəzi qonaqlara BƏƏ-nin yerli adət-ənənələrinə və mədəni dəyərlərinə hörmət əlaməti olaraq ictimai məkanlarda daha qapalı və səliqəli geyimlər seçməyi tövsiyə edib.
Bildirilib ki, bu addım ailəvi mühitin qorunmasına, həm turistlər, həm də yerli sakinlər üçün rahat və xoş atmosferin yaradılmasına xidmət edir.
Qeyd olunub ki, Dubay beynəlxalq və tolerant şəhər kimi tanınsa da, alış-veriş mərkəzlərində, ənənəvi məhəllələrdə, ibadət və dövlət binalarında çimərlik geyimləri və həddindən artıq açıq paltarlar uyğun hesab edilmir. Çimərlik geyimlərindən yalnız çimərliklərdə və hotel hovuzlarının ərazisində istifadə olunması tövsiyə edilir.
Məlumatda vurğulanıb ki, yerli geyim qaydalarına riayət etmək turistlərin şəhərdə daha rahat və hörmət çərçivəsində istirahət etməsinə kömək edir.
Комментарии
Загрузка…
Оставить комментарий