Day.Az xəbər verir ki, kosmetika üzrə ekspert Anastasiya Fominanın sözlərinə görə, həddindən artıq isti su baş dərisinin qoruyucu qatını zədələyərək quruluq, həssaslıq və qabıqlanmaya səbəb olur, saçları isə kövrək və cansız hala gətirir.

Ekspert bildirib ki, saçların yuyulması üçün ən uyğun seçim ilıq sudur. Şampun əsasən baş dərisinə tətbiq edilməli, qulluq üçün isə hər yumadan sonra balzamdan, həftədə 1-2 dəfə isə saç maskasından istifadə olunmalıdır.

Fomina əlavə edib ki, yaş saçları dəsmalla sürtmək və nəm saçlarla yatmaq saç tellərinin qırılmasına səbəb ola bilər. O, fen istifadə edərkən cihazın təxminən 15 santimetr məsafədə saxlanılmasını və orta istilik rejiminin seçilməsini tövsiyə edib.