- 12-17 июля 2026 года в Гяндже и Самухе произошли случаи пищевого отравления.
- В готовых блюдах обнаружен Staphylococcus aureus, в лаваше — Staphylococcus aureus и колиформные бактерии, в сыре — Escherichia coli.
- Агентство по продовольственной безопасности Азербайджана провело расследование и лабораторные исследования.
- Продукция была отозвана, информация передана в соответствующие госорганы.
- Массовое отравление произошло на траурных церемониях.
AQTA-nın mətbuat xidmətinin məlumatına görə, Agentliyin müfəttişləri tərəfindən hadisə yerlərinə baxış keçirilmiş, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb.
"Nəticələrə əsasən, hazır yeməklərdən götürülən nümunədə Staphylococcus aureus, lavaş məhsulunda Staphylococcus aureus və koliform bakteriyaları, pendir məhsulunda isə Escherichia coli (E.coli) aşkarlanıb. Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir", - məlumatda bildirilir.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların geri çağırılması təmin olunub. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilib. Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir.
Xatırladaq kki, Gəncə və Samuxda yas mərasimlərində əhalinin kütləvi zəhərlənməsi baş vermişdi.
Комментарии
Загрузка…
Оставить комментарий