- В Баку запущен проект по использованию мотоциклов для повышения оперативности скорой помощи.
- Мотоциклы позволят быстрее добираться до места происшествия в условиях плотного трафика.
- Медик на мотоцикле будет оказывать первую помощь до прибытия скорой.
- Мотоциклы оснащены дефибриллятором, кислородным баллоном, травматологической укладкой и реанимационным оборудованием.
Day.Az xəbər verir ki, layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində motosikletlərdən istifadə olunacaq. Dünyanın bir sıra ölkələrində tətbiq edilən bu modelin paytaxtda da hadisə yerinə daha qısa müddətdə çatmağa imkan verəcəyi gözlənilir.
Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi ambulans gələnədək hadisə yerinə çataraq xəstəyə ilkin tibbi yardım göstərəcək, zərurət yarandıqda isə vəziyyətin stabilləşdirilməsi üçün təxirəsalınmaz müdaxilələr edəcək.
Bildirilir ki, son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda bu model təcili tibbi yardımın operativliyini artıracaq. Motosikletlər şəhərdaxili sıx trafikdə daha çevik hərəkət edərək çağırış ünvanına daha qısa müddətdə çata biləcək.
Məlumata görə, xidmətə cəlb olunacaq motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.
Комментарии
Загрузка…
Оставить комментарий