- The Floridian опубликовал статью о заявлениях президента Азербайджана Ильхама Алиева о роли Дональда Трампа в мирном процессе между Азербайджаном и Арменией.
- Алиев высоко оценил усилия администрации Трампа по поддержке мирного урегулирования.
- Трамп сыграл важную роль на заключительном этапе переговоров по мирному соглашению.
- В статье упоминается историческая встреча в Белом доме с участием Алиева, Трампа и Пашиняна, где был парафирован текст мирного соглашения.
- Администрация Трампа отменила действие 907-й поправки к Акту в поддержку свободы, которая ограничивала прямую помощь США Азербайджану.
"Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Tramp administrasiyasının sülh nizamlanmasına dəstəklə bağlı göstərdiyi səyləri yüksək qiymətləndirib.
Day.Az xəbər verir ki, "The Floridianın" məlumatına görə, Azərbaycan Prezidenti Tramp administrasiyası ilə Azərbaycanın münasibətlərinin əla səviyyədə olduğunu vurğulayıb", -deyə məqalədə qeyd olunur.
Nəşrdə Prezident İlham Əliyevin Trampın beynəlxalq münaqişələrə yanaşmasının əvvəlki ABŞ administrasiyalarının siyasətindən fərqləndiyi barədə fikirlərinə də yer verilib.
"Azərbaycan Prezidenti qeyd edib ki, Donald Tramp Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqların yekun mərhələsində olarkən çox mühüm rol oynayıb", - deyə materialda bildirilir.
Nəşr həmçinin Prezident İlham Əliyevin Tramp və onun komandasının sülh sazişinin mümkün olmasına şərait yaratdığı, ABŞ tərəfinin isə Bakının təhlükəsizlik və sülh nizamlanması ilə bağlı narahatlıqlarını nəzərə aldığı barədə bəyanatını sitat gətirib.
Bundan əlavə, "The Floridian" Ağ evdə Prezident İlham Əliyev, Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tarixi görüşü də xatırladıb. Həmin görüş zamanı sülh sazişinin mətni paraflanıb.
Məqalədə Tramp administrasiyasının ABŞ-nin Azərbaycana birbaşa yardımını məhdudlaşdıran "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin qüvvəsinin ləğvi ilə bağlı qərarından da bəhs olunur.
"Bill Klintonun prezidentliyi dövründə və sabiq prezident Co Baydenin demokratların nəzarətində olan ABŞ Senatında fəaliyyət göstərdiyi vaxt Konqres 'Azadlığa Dəstək Aktı'nı qəbul etmişdi. Sənədə ABŞ-nin Azərbaycana istənilən formada birbaşa yardım göstərilməsini qadağan edən 907-ci bölmə daxil edilmişdi. Bu qadağa uzun illər qüvvədə qaldı və yalnız 2025-ci ilin avqustunda Donald Tramp 907-ci bölmənin qüvvəsini ləğv etdikdən sonra aradan qaldırıldı", - deyə məqalədə bildirilir.
Комментарии
Загрузка…
Оставить комментарий