- Начальник Генерального штаба Азербайджанской армии генерал-полковник Керим Велиев находится с официальным визитом в Беларуси по приглашению начальника Генштаба Беларуси.
- Состоялась встреча с начальником Генштаба Беларуси генерал-майором Павлом Муравейко, обсуждалось расширение двустороннего сотрудничества в сфере обороны.
- Делегация Азербайджана посетила Площадь Победы в Минске и возложила венок к памятнику Победы.
- Гости посетили Военную академию Беларуси, ознакомились с учебно-материальной базой и лабораториями.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.
Görüşdə Azərbaycanla Belarus arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edərək abidə önünə əklil qoyub.
\Daha sonra qonaqlar Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) bölməsini ziyarət edib, akademiyanın tədris-maddi bazası və laboratoriyaları ilə tanış olublar.
Комментарии
Загрузка…
Оставить комментарий