- Борьба с дезинформацией, развитие сотрудничества между СМИ и использование ИИ в медиа станут основными направлениями D-8 Media Mükəmməllik Mərkəzi.
- Об этом заявил помощник президента Азербайджана Хикмет Гаджиев на презентации Стратегической концепции центра.
- Планируется уделить особое внимание подготовке журналистских кадров и расширению прямых контактов между медиа стран-членов D-8.
- Центр должен стать платформой для обмена знаниями и профессиональным опытом между представителями СМИ братских стран.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin Strateji Konsepsiyasının təqdimatı zamanı deyib.
"Dezinformasiya ilə mübarizə mediada süni intellekt alətlərinin tətbiqi və Mükəmməllik Mərkəzinin Konsepsiyasında nəzərdə tutulan bir sıra digər istiqamətlər onun prioritetləri sırasında olacaq", - deyə o bildirib.
H.Hacıyevin sözlərinə görə, jurnalist kadrlarının hazırlanmasına, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişafına və D-8-ə üzv dövlətlərin media qurumları arasında birbaşa qarşılıqlı əlaqələrin genişləndirilməsinə də xüsusi diqqət yetirilməsi planlaşdırılır.
O qeyd edib ki, Media Mükəmməllik Mərkəzi qardaş ölkələrin KİV nümayəndələri arasında bilik və peşəkar təcrübə mübadiləsi üçün platformaya çevrilməlidir.
Комментарии
Загрузка…
Оставить комментарий