Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən əvvəllər məhkum olunmuş Əli Ağabəyovun polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
Onun üzərinə baxış zamanı "Makarov" markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əli Ağabəyov barəsində həbs qətimkan tədbiri seçilib.