Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib.

Dövlətimizin başçısı Azərbaycanın artan rolundan danışaraq, burada etimad, səmimiyyət və dürüstlüyün əsas amillər olduğunu vurğulayıb. "

Prezident İlham Əliyev, həmçinin Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin Azərbaycana yekdil şəkildə səs verməsini Azərbaycana göstərilən böyük etimad və etibarın təzahürü kimi qiymətləndirib.