- Цена кофе достигла 3,57 доллара за фунт, максимума за последние шесть месяцев.
- Причина роста — жаркая и сухая погода в Бразилии и Вьетнаме, крупнейших производителях кофе.
- Ожидается, что влияние Эль-Ниньо продлится до первого квартала 2027 года, что сохранит высокие цены.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəhvə fyuçerslərinin qiyməti bir funt üçün 3,57 dollara yüksəlib.
Bu, yanvarın sonundan bəri qeydə alınan ən yüksək göstəricidir.
İlin əvvəlindən eniş tendensiyası göstərən qəhvə qiymətləri iyun ayında minimum 2,38 dollar səviyyəsinə qədər geriləmişdi. Son həftələrdə isə bazarda yenidən bahalaşma müşahidə olunur.
Qiymət artımının əsas səbəbi dünyanın ən böyük qəhvə istehsalçıları olan Braziliya və Vyetnamda müşahidə olunan isti və quraq hava şəraiti hesab edilir. Bildirilir ki, yüksək temperatur və yağıntının azalması qəhvə ağaclarının çiçəklənməsini zəiflədir ki, bu da gələcək məhsuldarlığın azalacağı ilə bağlı narahatlıqları artırır.
Braziliya dünyanın ən böyük "arabica", Vyetnam isə ən iri "robusta" qəhvəsi istehsalçısıdır. Hər iki ölkədə hava şəraitinin pisləşməsi bazarda təklifin azalacağı gözləntilərini gücləndirib.
"El Nino" təsirinin 2027-ci ilin birinci rübünə qədər davam edəcəyi proqnozlaşdırılır. Bu isə növbəti mövsümdə də qəhvə qiymətlərinin yüksək qalacağı ilə bağlı gözləntiləri artırır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий