Bu barədə Day.Az -a ADY-dən məlumat verilib.

Bu, 2025-ci ilin ilk yarısı ilə müqayisədə 18% çoxdur.

Bu ilin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox (+17%), rayonlararası marşrutlarla isə təxminən 289 min sərnişin (+17%) səfər edib.

Təkcə iyun ayında isə ADY qatarları ilə 950 min 287 sərnişin daşınıb ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 24% çoxdur.

Eyni zamanda, may ayında yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.