Day.Az xəbər verir ki, su tərkibi yüksək olan xiyar, qabaq, brokoli, ispanaq, qarpız, yemiş, alma, armud və giləmeyvələr orqanizmin sərin qalmasına dəstək verir.

Nutrisioloq Nina Duvanovanın sözlərinə görə, nanə də soyuq reseptorlarını aktivləşdirərək isti havalarda rahatlıq yaradır. Bununla yanaşı, həddindən artıq buzlu içkilər, eləcə də banan, ananas, portağal, sarımsaq, soğan, kartof, bal, balqabaq və kəskin ədviyyatların istehlakı məhdudlaşdırılmalıdır.

Ekspert vurğulayıb ki, hətta faydalı qidalar da normadan artıq qəbul edildikdə həzm problemləri və susuzlaşma riski yarada bilər. Yay mövsümündə meyvə-tərəvəzlə yanaşı, mürəkkəb karbohidratlar, sağlam yağlar və zülalların da qida rasionuna daxil edilməsi tövsiyə olunur.