Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, polis texniki və fiziki müşahidədən sonra mənzildə narkotik satıldığını müəyyən edib.

Əməliyyat zamanı evdə sehrbazlıq ləvazimatları, pişik qumunda gizlədilmiş 619 qram narkotik maddə və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb.

Yaser Koçak polis idarəsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb və hakim qərarı ilə narkotik vasitələrin satışı ittihamı üzrə barəsində həbs qətimkan tədbiri seçilib.