Day.Az xəbər verir ki, ən çox rast gəlinən problem diabetik retinopatiyadır.

Bu zaman torlu qişanın damarları zədələnir, qanaxma və şişkinlik yaranır, nəticədə görmə zəifləyir və vaxtında müalicə olunmazsa, korluğa qədər gedib çıxa bilər.

Diabet xəstələrində həmçinin katarakta və qlaukoma riski də artır. Katarakta büllurun bulanması, qlaukoma isə göz daxili təzyiqin yüksəlməsi ilə görmə sinirinin zədələnməsidir. Hər iki xəstəlik tədricən görmə sahəsinin daralmasına və ağır hallarda görmə itkisinə səbəb ola bilər.

Bu ağırlaşmaların təhlükəli tərəfi odur ki, erkən mərhələlərdə çox vaxt əlamətsiz keçir. Buna görə diabetli xəstələrdə müntəzəm oftalmoloji müayinələr vacibdir: 1-ci tip diabetdə adətən 5-ci ildən, 2-ci tipdə isə diaqnoz qoyulan andan başlayaraq. Qan şəkəri, təzyiq və xolesterin nəzarətdə saxlanmalı, sağlam həyat tərzi də göz sağlamlığını qorumaqda əsas rol oynayır.