- С 1 июля 2026 года пенсионный возраст для женщин в Азербайджане повышается на 6 месяцев до 65 лет.
- Повышение происходит ежегодно с 1 июля 2017 года по 1 июля 2027 года для женщин и до 1 июля 2021 года для мужчин.
- Для получения трудовой пенсии по возрасту требуется не менее 25 лет страхового стажа, если пенсионного капитала недостаточно.
- Лица, не имеющие права на трудовую пенсию, могут получать социальное пособие по возрасту в размере 220 манатов (с 1 января 2023 года).
- Минимальная пенсия в Азербайджане составляет 320 манатов.
Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq.
Day.Az Trend -ə istinadən xəbər verir ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq.
Belə ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:
Həmin qanuna görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə "Sosial müavinətlər haqqında" Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ var.
Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Hazırda minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.
Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu göstərici 30 iyun 2026-cı ilədək keçərlidir.
Комментарии
Загрузка…
Оставить комментарий