- Азербайджанские гимнасты участвовали в международных соревнованиях 19-21 июня.
- Женская группа по акробатической гимнастике выиграла золото на Кубке мира в Жешуве (Польша) с 29.190 баллами.
- Юниорская женская группа завоевала серебро с 26.650 баллами.
- Михаил Малкин выиграл золото, Адиль Гаджизаде - серебро в тамблинге на турнире в Ставрополе (Россия).
Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, akrobatika gimnastikası üzrə Polşanın Jeşuv şəhərində keçirilən Dünya kubokunda böyüklər yaş kateqoriyasında qadın qrupumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət komandamız 29.190 xal toplayaraq qızıl medalın sahibi olub.
Eyni yarışda gənclər yaş kateqoriyasında çıxış edən qadın qrupumuz da uğurlu nəticə göstərib. Ayan Hacılı, Aylin Məmmədova və Firuzə Qasımzadədən ibarət komanda 26.650 xalla gümüş medal qazanıb.
Bununla yanaşı, Rusiyanın Stavropol şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib. Yarışda tamblinq üzrə Azərbaycanı təmsil edən idmançılarımız da uğurla çıxış ediblər. Mixail Malkin qızıl medal qazanaraq turnirin qalibi olub, Adil Hacızadə isə gümüş medala layiq görülüb.
Beləliklə, həftəsonu gimnastlarımız üçün uğurlu nəticələrlə yadda qalıb.
Комментарии
Загрузка…
Оставить комментарий