Bu vəziyyət xüsusilə yaylaqlara köç dövründə daha kəskin şəkildə özünü göstərir.

Otlaq sahələrində yoluxucu xəstəliklər, parazitlər, qurd xəstəlikləri və "dabaq" kimi infeksiyalar geniş yayılıb. Durğun sulardan içən heyvanlarda əlavə olaraq müxtəlif qızdırma və daxili parazit problemləri də müşahidə edilir. Baytar çatışmazlığı və vaxtında müalicənin aparılmaması isə itkiləri daha da artırır.