- Президент Азербайджана подписал указ о субсидировании 50% платы за подключение к электросетям для промышленных и сельскохозяйственных объектов.
- Субсидия предоставляется из госбюджета и распространяется на объекты, подключенные после вступления указа в силу.
- Указ вступает в силу с 1 января 2027 года и действует до 31 декабря 2030 года.
- Кабинет министров должен обеспечить финансирование субсидий в проектах госбюджета на 2027-2030 годы.
- Министерство экономики организует процесс субсидирования.
"Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası" təsdiq edilib.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən ödənişin 50 (əlli) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödəniləcək. Subsidiya bu Fərman qüvvəyə mindikdən sonra elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilir.
Nazirlər Kabineti nəzərdə tutulan subsidiyanın 2027-2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etMƏLİDİR.
İqtisadiyyat Nazirliyi
"Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası"
na uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etməlidir.
Fərman 2027-ci il yanvarın 1-dən qüvvəyə minir və 2030-cu il dekabrın 31-dək qüvvədədir.
Комментарии
Загрузка…
Оставить комментарий