Day.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, zəif yüksək sürətli günəş axını Yerə yaxınlaşa bilər, lakin bu, ciddi geomaqnit aktivlik yaratmayacaq.

Ümumilikdə 17, 18 və 19 iyun tarixlərində kosmik hava sakit qalacaq.

Bununla yanaşı, alimlər Günəşdə güclü partlayışlardan əvvəl baş verən dəyişiklikləri də araşdırırlar. Müşahidələr göstərir ki, plazmanın parlaqlığı, hərəkət sürəti və turbolentliyi artdıqda, bu, güclü Günəş alışmalarının (məsələn, X sinifli partlayışların) yaxınlaşmasına işarə edə bilər. Bu nəticələr hələ ilkin mərhələdədir, lakin gələcəkdə maqnit qasırğalarının daha dəqiq proqnozlaşdırılmasına kömək edə bilər.