Day.Az xəbər verir ki, Tokio Universitetinin alimləri siçanlar üzərində apardıqları araşdırmada müəyyən ediblər ki, saç kökündəki kök hüceyrələr zədələndikdə öz fəaliyyətini dayandırır və bu proses saçların ağarmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, bu mexanizm potensial zərərli hüceyrələrin bölünməsini dayandıraraq şiş yaranma riskini azalda bilər. Yəni saçların ağarması bəzən orqanizmin qoruyucu reaksiyası kimi çıxış edir.

Araşdırma insanlarda da bu prosesin oxşar ola biləcəyini göstərsə də, elm adamları bunun birbaşa xəstəliklərin qarşısını aldığını təsdiqləmir və əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.