"Şəfa" kapitanı Tərlan Quliyev ilə müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli müdafiəçi yeni 1 illik sözləşməyə imza atıb. 34 yaşlı futbolçu 2025-ci ilin yanvarından "Şəfa"nın formasını geyinir.