- В лицее имени Гейдара Алиева прошел День выпускника.
- Директор лицея Севиндж Оруджова поздравила выпускников и вручила сертификаты отличившимся ученикам.
- Глава исполнительной власти Хатаинского района Рафиг Гулиев поздравил выпускников и подчеркнул важность возвращения на освобожденные территории.
- Председатель Хатаинской районной организации партии «Ени Азербайджан» Рамиль Мирзоев отметил высокий уровень образования в лицее.
- Почтили память погибшего выпускника лицея Джавида Манафова.
Heydər Əliyev adına Liseydə Məzun Günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən liseyin direktoru Sevinc Orucova məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Direktor bildirib ki, məzunlar bundan sonrakı həyat yollarında da daim uğur qazanmalı, Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmalıdırlar.
O, həmçinin buraxılış imtahanlarında və fənn olimpiadalarında yüksək nəticələr göstərən şagirdlərə sertifikatlar təqdim edib, valideynləri övladlarının nailiyyətləri münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev məzunları, onların valideynlərini və müəllimlərini Məzun Günü münasibətilə təbrik edib. O qeyd edib ki, məzunlar məktəb həyatının mühüm mərhələsini başa vuraraq müstəqil həyata qədəm qoyurlar.
R.Quliyev vurğulayıb ki, gənclər dövlətə və xalqa layiqli vətəndaş kimi yetişməli, ali təhsil müəssisələrində uğur qazanaraq ölkənin inkişafına töhfə verməlidirlər. O, Azərbaycanın uğurlu siyasəti nəticəsində işğaldan azad olunmuş torpaqlara qayıdışın təmin edildiyini xatırladaraq, gənclərin gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsinin vacibliyini qeyd edib.
Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev də çıxış edərək məzunları təbrik edib. O bildirib ki, bugünkü məzunlar qalib Azərbaycanın gəncləridir və hər biri ölkəyə layiqli vətəndaş olmaq üçün daim öz üzərində çalışmalıdır. R.Mirzəyev liseyin yüksək təhsil səviyyəsi ilə seçildiyini və ölkəyə çoxsaylı uğurlu məzunlar qazandırdığını vurğulayıb.
Tədbir zamanı məzunlar lisey rəhbərliyinə və müəllim kollektivinə göstərdikləri diqqət, qayğı və əməklərinə görə təşəkkürlərini ifadə ediblər. Müəllimlər isə öz növbəsində məzunlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayaraq onlara səmimi tövsiyələrini çatdırıblar.
Tədbirdə liseyin şəhid məzunu Cavid Manafovun əziz xatirəsi anılıb.
Bədii hissədə milli rəqslər və müxtəlif çıxışlar nümayiş etdirilib. Ənənəyə uyğun olaraq məzunlar "Bilik Açarı"nı 10-cu sinif şagirdlərinə təqdim ediblər.
Sonda məzunlar hazırladıqları rəqs nömrələri ilə çıxış edərək Məzun Gününü bayram əhval-ruhiyyəsində qeyd ediblər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий