- Государственный экзаменационный центр оценил около 45 миллионов письменных ответов.
- В процессе задействовано около 2000 экспертов.
- Ежегодно около 700 тысяч человек участвуют в 45 различных видах оценок и экзаменов.
- Все работы кодируются и проверяются анонимно несколькими экспертами.
- Используются механизмы калибровки и контроля качества для единообразия оценки.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu barədə DİM sədri Məleykə Abbaszadə Londonda keçirilən e-Qiymətləndirmə Assosiasiyasının (e-Assessment Association - eAA) illik konfransında bildirib.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzində təhlükəsizlik tədbirləri qiymətləndirmə prosesinin bütün mərhələlərini əhatə edir.
"Hər il təxminən 700 min nəfər Mərkəzin həyata keçirdiyi 45 müxtəlif növ qiymətləndirmə və imtahan prosesində iştirak edir. Məhz buna görə də genişmiqyaslı rəqəmsal qiymətləndirmə formatlarına keçid zamanı etibarlılıq, infrastrukturun dayanıqlılığı, informasiya təhlükəsizliyi və insan resurslarının hazırlıq səviyyəsi əsas prioritet istiqamətlər kimi nəzərdən keçirilir. Təhlükəsizlik prosesi test bankının formalaşdırılması və imtahan materiallarının qapalı şəraitdə hazırlanmasından başlayaraq, imtahanların təşkili, nəticələrin emalı və yazı işlərinin yoxlanılması mərhələlərinədək davam edir.
Bu kontekstdə yazılı cavabların elektron qiymətləndirilməsi sistemi xüsusi əhəmiyyət daşıyır. Bütün işlər kodlaşdırılır və anonimlik qorunmaqla yoxlanılır. Hər bir iş bir neçə ekspert tərəfindən qiymətləndirilir. Qiymətləndirmənin vahid standartlara uyğunluğunu təmin etmək məqsədilə kalibrləmə mexanizmlərindən və davamlı keyfiyyətə nəzarət prosedurlarından istifadə olunur".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий