- Определены 6 приоритетных направлений оптимизации библиотечной системы
- Планируется обновление закона 'О библиотечном деле' 1998 года
- Будут построены новые библиотеки по стандартам IFLA
- Внедрение системы управления библиотеками KOHA и создание электронных каталогов
- Создание мобильных библиотек для всех административных единиц
Kitabxana sisteminin təkmilləşdirilməsi üzrə prioritet istiqamətlər açıqlanıb.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə "Kitabxana sisteminin optimallaşdırılması: təhlillər və islahatlar" adlı təqdimatında məlumat verib.
O bildirib ki, ölkədə kitabxana işinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə optimallaşdırma üzrə 6 əsas prioritet istiqamət müəyyən olunub. Təqdim olunan plana əsasən, islahatlar qanunvericilikdən tutmuş texnoloji yeniliklərə qədər geniş bir spektri əhatə edəcək.
Müəyyən olunmuş əsas istiqamətlər aşağıdakılardır:
Milli qanunvericiliyin yenilənməsi: "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununun (1998) müasir rəqəmsal reallıqları əhatə edəcək şəkildə yenidən işlənməsi nəzərdə tutulur.
Yeni infrastrukturun yaradılması: Beynəlxalq IFLA standartlarına uyğun oxu zalları, internet təminatı və rəqəmsal xidmətləri olan müasir kitabxana binalarının tikilməsi, həmçinin mövcud binaların əsaslı bərpası planlaşdırılır.
Kitab fondunun yenilənməsi: Kitabxana fondlarının müasir ədəbiyyatla addım-addım komplektləşdirilməsi təmin ediləcək.
Müasir texnologiyaların tətbiqi: KOHA kitabxana idarəetmə sisteminin bütün kitabxanalarda tətbiqi, e-kataloq və e-kitabxananın formalaşdırılması, eləcə də onlayn istifadə imkanlarının yaradılması hədəflənir.
Kadr hazırlığı proqramı: Müasir kadr inkişafı planı çərçivəsində kitabxanaçıların yenidən hazırlanması və ixtisasartırma kurslarının təşkili həyata keçiriləcək.
Səyyar kitabxana xidməti: Bütün inzibati ərazi vahidlərində xidmət göstərəcək avtomatlaşdırılmış və fondu mütəmadi yenilənən mobil kitabxanalar yaradılacaq.
Qeyd edilib ki, bu strateji addımlar kitabxana sisteminin tamamilə rəqəmsallaşdırılmasına və əhali üçün əlçatanlığın maksimum dərəcədə artırılmasına xidmət edəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий