Day.Az Milli.Az -a istinadən xəbər verir ki, bildirilir ki, bu dövrdə planetlərin mövqeyi yeni qazanc imkanlarının yaranmasına, gəlirlərin artmasına və uzun müddətdir gözlənilən maliyyə hədəflərinə yaxınlaşmağa şərait yarada bilər.

Əkizlər üçün qarşıdakı həftələr maliyyə baxımından məhsuldar görünür. Gözlənilməz qazanc mənbələri, yeni əməkdaşlıqlar və ya gəlir gətirəcək layihələr gündəmə gələ bilər. Mütəxəssislər yaranan imkanları vaxtında dəyərləndirməyi tövsiyə edirlər.

Qoç bürcü nümayəndələri iş və karyera sahəsində müsbət yeniliklərlə qarşılaşa bilərlər. Yeni iş təklifləri, maaş artımı və ya peşəkar uğurların maddi qazanca çevrilməsi ehtimalı yüksək qiymətləndirilir. Aktiv və təşəbbüskar davrananlar daha çox fayda əldə edə bilərlər.

Oxatanlar üçün də maliyyə sahəsində əlverişli dövrün davam etdiyi bildirilir. Əlavə gəlirlər, gözlənilməz ödənişlər və ya uzun müddətdir həllini gözləyən maliyyə məsələlərinin müsbət nəticələnməsi mümkündür. Xüsusilə ayın ikinci yarısında yeni imkanların ortaya çıxacağı qeyd olunur.