- Законопроект о внесении изменений в закон 'О дипломатической службе' принят в третьем чтении.
- При увольнении по достижении пенсионного возраста выплачивается единовременное пособие в размере 6 среднемесячных зарплат.
- В случае смерти или признания безвестно отсутствующим наследникам выплачивается пособие в размере 4 среднемесячных зарплат.
- При призыве на срочную военную или альтернативную службу выплачивается пособие в размере 3 среднемесячных зарплат.
- Лица, проходившие дипломатическую службу до призыва, имеют право вернуться на прежнюю или аналогичную должность в течение 60 дней после увольнения с военной службы.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Diplomatik xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün diplomatik xidmətinə xitam verildikdə digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ona öz seçimi ilə diplomatik xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.
Diplomatik xidmətə vəfat etmə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilmə ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий