Lakin 40 yaşdan sonra bu göstərici 1-1,2 qrama, 65 yaşdan sonra isə 1,2 qramdan da yuxarı ola bilər.

Mütəxəssis qeyd edib ki, yaşlandıqca sarkopeniya - yəni əzələ kütləsinin azalması riski artır və bu proses hər on ildə orta hesabla 3-5% əzələ itkisi ilə müşahidə olunur. Bu isə hərəkətliliyin azalmasına, yorğunluğa, balans pozuntusuna və bərpa prosesinin zəifləməsinə səbəb ola bilər. Düzgün qidalanma və güc məşqləri ilə bu riskin azaldılması mümkündür.

Barronun sözlərinə görə, 72 kq çəkisi olan 40 yaşlı insan üçün gündəlik protein miqdarı təxminən 60 qramdan 72-87 qrama qədər yüksələ bilər. Zülal mənbəyi kimi ət, balıq, yumurta, paxlalılar, yoqurt, tofu, həmçinin qoz-fındıq və toxumlar tövsiyə olunur. O vurğulayıb ki, həm heyvani, həm də bitki mənşəli zülallar vacibdir və orqanizmin bərpası və immun sisteminin güclənməsində mühüm rol oynayır.