- В рамках Бакинской энергетической недели открылась 31-я Международная Каспийская нефтегазовая выставка Caspian Oil & Gas.
- На выставке представлены около 10 субъектов МСБ при поддержке Агентства развития малого и среднего бизнеса (KOBİA).
- МСБ демонстрируют продукцию и услуги в сферах альтернативной энергетики, агротехнологий, промышленности, ИКТ, автоматизации, экологии.
- Участие МСБ направлено на расширение их участия в цепочке поставок нефтегазового сектора и поиск новых партнеров.
- Выставка продлится до 3 июня.
Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) öz işinə başlayıb.
Neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgidə yerli KOB-lar da təmsil olunur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB-lara dəstək məqsədilə qurduğu xüsusi stenddə alternativ və bərpa olunan enerji, aqrar texnologiyalar, sənaye, İKT, avtomatlaşdırma sistemləri, ekologiya və ətraf mühit xidmətləri sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənir.
KOB-ların sərgidə iştirakına göstərilən dəstək onların neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılmasına, əməkdaşlıq imkanlarının genişləndirilməsinə, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, eləcə də satış və bazarlara çıxış imkanlarının artırılmasına xidmət edir. "Caspian Oil & Gas" sərgisində iştirak etməklə KOB subyektləri neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr quracaq, məhsul və xidmətlərini yerli və xarici şirkətlərə təqdim edəcək, potensial təchizatçı kimi fəaliyyət imkanlarını genişləndirəcək, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə edəcəklər.
"Caspian Oil & Gas" sərgisi iyunun 3-dək davam edəcəkdir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий