- Иран и США не ожидают подписания соглашения в ближайшее время, несмотря на прогресс при посредничестве Пакистана.
- Представитель МИД Ирана Исмаил Бекаи заявил, что противоречивые позиции США создают неопределенность.
- Иран не имеет гарантий, что США будут соблюдать свои обязательства.
- 28 февраля США и Израиль начали военные авиаудары по Ирану, Иран ответил ракетными и беспилотными атаками.
- 7 апреля при посредничестве Пакистана достигнуто двухнедельное перемирие; 11 апреля переговоры в Исламабаде не дали результата.
Day.Az -ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son bir neçə gündə əldə olunan irəliləyişlər Pakistan tərəfinin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsidir.
Bəqai bildirib ki, bu müddətdə bəzi başqa ölkələr də xoşməramlı şəkildə vasitəçilik səyləri göstəriblər.
"ABŞ tərəfində ziddiyyətli mövqelərin irəli sürülməsi naməlum vəziyyəti öz qüvvəsində saxlayır. Bu baxımdan İran üçün ABŞ-nin öz öhdəliklərinə sadiq qalacağına dair heç bir zəmanət yoxdur", - deyə o qeyd edib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий