- В Баку прошла 13-я сессия Всемирного форума городов (WUF13) с 17 по 22 мая.
- Принят итоговый документ 'Бакинский призыв к действиям', направленный на борьбу с ростом цен на жилье и спекуляцией недвижимостью.
- Документ призывает к усилению государственного и местного управления земельными системами, включая регулирование рынков, налоги на недвижимость и инклюзивное жилье.
- Форум собрал 11 глав государств, 88 министров, 130 мэров и других участников.
- Основная тема форума: 'Жилье для всех: безопасные и устойчивые города и поселения'.
Trend bu barədə yekun sənədə istinadla xəbər verir.
Sənəddə deyilir ki, artan şəhərləşmə, maliyyə sektorunun artan təsiri və zəif torpaq idarəetmə sistemləri torpaq qiymətlərinin artmasına, daşınmaz əmlak spekulyasiyalarına, məkan bərabərsizliyinə və mülkiyyət təhlükəsizliyinin pozulmasına gətirib çıxarır. Biz torpaq bazarlarının müvafiq tənzimlənməsi, spekulyasiyanın qarşısının alınması, eləcə də əmlak vergisi, inklüziv mənzil, inkişaf haqları və inkişaf etmiş və risk sığortalı torpaqlara bərabər çıxışı təmin edən torpaq dəyərinin tutulması mexanizmləri vasitəsilə torpaq sistemlərinin daha güclü dövlət və yerli idarəçiliyinə çağırırıq".
Bundan əlavə, "Bakı Fəaliyyətə Çağırış"da qanunvericilik və icra hakimiyyəti orqanları torpaq sektorunda hesabatlılığı artırmağa çağırılır.
Sənəddə qeyd olunur ki,
"Biz parlamentləri və milli qurumları torpaq idarəçiliyini yerli hakimiyyət orqanlarına mərkəzləşdirilməmiş şəkildə verməyə, torpaq institutlarını, icmaları və inkişaf iştirakçılarını isə inklüziv və hesabatlı torpaq idarəetmə sistemlərini təşviq edərkən mülkiyyət hüquqlarını və qoruma mexanizmlərini gücləndirməyə çağırırıq".
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunub.
Forum çərçivəsində 579 sessiya keçirilib," Urban Expo" sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin nümayəndələrini bir araya gətirib.
Forumun əsas yekunlarından biri "Bakı Fəaliyyətə Çağırışı" sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub. Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli idarəetmənin, investisiyaların və icmaların iştirakının gücləndirilməsinə çağırış edilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий