Baş nazir vurğulayıb ki, xüsusilə kənd və dağlıq icmaların müasir infrastrukturdan, keyfiyyətli ictimai xidmətlərdən və yeni iqtisadi imkanlardan bərabər şəkildə faydalanması diqqət mərkəzində saxlanılır:

"İnklüziv və regionlararası balanslı siyasətlər vasitəsilə yerli icmaların gücləndirilməsi, şəhər və kənd əraziləri arasındakı fərqlərin azaldılması və ölkə üzrə uzunmüddətli dayanıqlı inkişafın təmin olunması hədəflənir".

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin icrasına tam sadiqdir.

"Biz təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış məskənlərinin yaradılması istiqamətində beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı daha da gücləndirməyə hazırıq", - deyə o çıxışını yekunlaşdırıb.