"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Terror aktları planlaşdıran muzdlu və terrorçu qruplaşmaların agentlərinə qarşı əməliyyat keçirilib", - məlumatda bildirilib və əlavə edilib ki, 4 nəfər həbs olunub:

"Bu əməliyyat zamanı Kalaşnikov avtomatları və tapançalar, döyüş sursatları, qumbaralar, saxta şəxsiyyət vəsiqələri və "Starlink" peyk rabitə vasitələri kimi təhlükəsizliyə zidd əşyalar aşkarlanıb".