"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu İƏT baş katibi Əsəd Məcid Xan jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, Şuşanın 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan olunması çərçivəsində Azərbaycan hökuməti və yerli qurumlarla birgə müxtəlif tədbirlər həyata keçiriləcək:

"Artıq Şuşanın turizm potensialının, təbii gözəlliklərinin və zəngin mədəni irsinin tanıdılması məqsədilə bir sıra mühüm tədbirlər planlaşdırılıb. Bu fəaliyyətlər ilboyu davam etdiriləcək və şəhərin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək".