"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən illə müqayisədə ixrac edilən məhsulların həcmi 1 336 ton (7,5 %), dəyəri isə 10 milyon 808 min ABŞ dolları (20,3 %) artıb.
Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 7,4 %, ölkənin ümumi ixracında payı isə 1,2 % olub.
3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
Источник: report.az
Комментарии
Загрузка…
Оставить комментарий